İsmayıllı Şəhər 2 saylı tam orta məktəbi

Tarix


                        AZƏRBAYCAN RESPUBLİKASININ
                                   DÖVLƏT RƏMZLƏRİ





Azərbaycan Respublikasının Dövlət Himni- 1992-ci il 27 mayda  Azərbaycan Respublikasının Parlamenti " Azərbaycan Respublikasının Dövlət Himni haqqında" Qanun qəbul etdi.Qanuna əsasən ,1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilən "Azərbaycan Marşı" Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq olunsun. 

Azərbaycan Respublikasının Dövlət Bayrağı -
                          Azərbaycan   dövlətinin suverenliyinin  rəmzidir. 

Azərbaycan Respublikasında Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Demokratik Cümhuriyyətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Demokratik Cümhuriyyətin süqutundan və Sovet Hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilmək məcburiyyətində qalınmışdı. 

Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Resbublikası Ali Məclisinin qərarı ilə Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsadət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxmış və bu bayrağın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir.

Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.

                                     Rəmzi Mənası:

Göy rəng - Türkçülük; 
Qırmızı rəng - Müasirlik və demokratiya;
Yaşıl rəng - İslam;
Aypara və ulduz - aya və günəşə işarə olub, əbədilik, dünyəvilik rəmzidir.



Azərbaycan Respublikasının Dövlət Gerbi-

Azərbaycan Respublikasının Dövlət Gerbi Azərbaycan Dövlətinin müstəqilliyinin rəmzidir. 

Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında Azərbaycan Demokratik Cümhuriyyəti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin il mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarmışdır. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Demokratik Cümhuriyyətinin süqut etməsi nəticəsində gerb qəbul edilməmişdir. 

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Dövlət gerbi ilə bağlı yeni müsabiqə elan etmişdir. 1993-cü il fevral ayının 23-də Azərbaycan Respublikasının Milli Məclisi Dövlət gerbi haqqında qərar qəbul etmişdir.

Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəgləri fonunda səkkizguşəli ilduz, ulduzun mərkəzində alov təsviri vardır.

Azərbaycan Respublikasının Dövlət gerbinin rəngli təsvirində ulduz, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.

                                       Rəmzi mənası:

Qalxan - müdafiə;

Üçrəngli dairəvi xətlər - bayraq;

Dairəvi xətlərin üstündəki səkkizguşəli ulduz - günəş;

Səkkizguşəli ulduzun ortasındakı alov dilləri - Odlar Yurdu;

Sünbüllər - bolluq;

Palıd budaqları - uzunömürlülük rəmzidir.

                           Azərbaycan tarixində ilklər

Tarix boyu qadınlar həmişə öndə gedən ,aparıcı qüvvə olub .Azərbaycan qadınları nəinki Azərbaycanda ,eləcə də dünyada belə ilklərə imza atıb .Onlar əsl səlnamə yaradıblar.


  

BUNLARI BİLMƏK MARAQLI OLAR.

        

Milli mətbuat- “ƏKİNÇİ”-1875-ci il 22 iyundan 1877-ci il 29 sentyabra qədər nəşr olunub. Qəzetin 56 sayı işıq üzü görüb.Ayda 2 dəfə 300-400 tirajla nəşr olunub. Baş redaktoru H.B.Zərdabi olub.










Milli teatr-1873-cu il 10 martda M.F.Axundzadənin "Lənkəran Xanın Vəziri" əsərinin tamaşaya qoyulması ilə milli teatrın əsası qoyuldu. Milli teatrımızın yaradılmasında Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlovun misilsiz xidmətləri var. İlk teatr binasını tikdirən də məşhur milyonçu Hacı Zeynalabdin Tağıyev olub.




Məktəb-Azərbaycanda qəza məktəbləri adlanan ilk dövlət məktəbləri 1829-1835-ci illərdə yaradılıb.Şuşa(1830),Bakı(1932),Nuxa(Şəki-1833),Gəncə(1837),Şamaxı-Naxçıvan(1838).







Qız məktəbi -1901-ci il oktyabrın 7-də Bakıda böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maliyyə dəstəyi ilə müsəlman Şərqində ilk dünyəvi qız məktəbi yaradılıb. Məhz bu məktəbin məzunları Azərbaycan xalqının həyatında, onun maarifçiliyində böyük rol oynayıblar. Qız Qız məktəbinin açılması 20-ci əsr müsəlman şərqində mühüm hadisəyə çevrildi. Qız məktəbinin açılması bütün müsəlman dünyasının təhsil tarixi üçün yüksək uğur idi. Bunun məntiqi davamı kimi 1918-ci ildə Şərqdə ilk dəfə zərif cinsin nümayəndələrinə seçmək və seçilmək hüququ məhz Azərbaycanda verildi.



Ali Təhsil Ocağı- Bakı Dövlər Universiteti Azərbaycan Demokratik Cümhuriyyəti Parlamentinin 1919-cu il 01 sentyabr tarixli iclasında Bakı universitetinin təsis edilməsi qərara alındı.




Şərqdə ilk ali musiqi təhsil ocağı-Bakı Musiqi Akademiyası-Milli Konservatoriya 1922-ci ildə  yaradılıb.Bu ali təhsil ocağının yaradılmasında Ü.Hacıbəyovun böyük rolu olub.






 Hərbi Məktəb-1918-ci ildə iyun ayında Nuri Paşanın rəhbərliyi ilə Gəncədə ilk Hərbi Məktəb yaradıldı.Məktəb 2 ilə yaxın fəaliyyət göstərdi.1920-ci il may ayının sonunda Sovet Hakimiyyətinin yaradılması ilə fəaliyyəti dayandırıldı.1939-cu ilin noyabrında SSRİ Xalq Müdafiə Komissarlığının əmri ilə Qroznı şəhərində Qroznı Hərbi Piyada Məktəbi yaradıldı.Bugünki Azərbaycan Ali Hərbi Məktəbinin tarixi məhz həmin dövrdən götürülür.



Poçt-Dövlət səviyyəsində poçtun əsasını  1501-ci ildə Səfəvilər dövlətinin başçısı Ş.İ.Xətayi qoyub.1818 ci ildə indiki Gəncə şəhərində il poçt kontoru yaradıldı.1918-ci il may ayının 25-də Müstəqil Hökumətin tərkibində Yollar,Poçt və Teleqraf Nazirliyi yaradıldı.2004-cü il 20 fevralda Azərbaycan Respublikasının  Rabitə və İnformasiya Nazirliyi yaradıldı.

Televiziya-ilk televiziya verilişi 1956-cı il 14 fevralda efirə çıxıb.İlk radioqurğu 1924-cü ildə quraşdırılıb,1926-cı ildə radiostansiya fəaliyyətə başlayıb.







   Neft quyusu-Bütün dünyada neft səltənəti kimi tanınan Azerbaycanda qara qızıl qedim zamanlardan çıxarılmağa başlanmışdır. Tarixçılərin araşdırmaları nəticəsində məlum olub ki, hələ bizim eradan əvvəl VII-VI əsrlərdə Abşeron yarımadasında neft çıxarılırmış. Azərbaycanın təbii neft qazını isə dünyada ilk dəfə olaraq 1836-cı ildə akademik Q.İ. Qessi elmi surətdə təhlil etmiş ve onun tərkibini müəyyən etmişdir. Tarixi sənədlərə istinadən mexaniki üsulla dünyada ilk neft quyusu 1847-ci ilde Bibiheybətdə qazılmışdır. Sübut olunmuşdur ki, dənizdə də ilk neft quyusu XVIII əsrdə Abşeron yarımadasında  qazılmışdır. Sonralar Xəzər dənizinin qalxması nəticəsində həmin neft kəhrizləri suyun altında qalmışdır. 1844-cü ilde F.N. Semyonovun səyi ilə qazma üsulu ilə Bakı mədənlərində dünyada ilk dərin quyu qazılıb. Bu hadisə əllə qazmanın sonu olub.  1884-cü ildə ilk dəfə vurma üsulu ilə qazmadan istifadə olunub. Bu, sonralar Bakı üsulu adı ilə məşhurlaşıb. 1905-ci ildə Balaxanıda dünya neft sənayesi tarixində ilk dəfə olaraq kompressor istismarı tətbiq edilmişdir. 1916-cı ildə Ramanada ilk dəfə qazlift texnologiyasından istifadə olunmuşdur. 1941-ci ildə dünyada ilk dəfə olaraq Bayılda 2000 metr dərinlikdə Ağa Nematulla turbin üsulu ilə maili quyu qazılıb istifadəyə verilib. 1949-cu ildə əfsanəvi Neft daşları yatağı kəşf olundu. Bu hadisə dənizdə neft hasilatının inkişafının əsasını qoydu.