Məktəbin müəllim və şagirdləri təkcə dövlət tədbirlərində deyil,
beynəlxalq layihələrdə də fəal iştirak edirlər. Həmin layihələrdən
biri də iREX-in Dekabr2011- May2012 də keçirdiyi “Məktəb
Şagirdlərinin Tədqiqat Layihəsi” müsabiqəsidir. Mayın 8-də İREX
İcma Mərkəzində “Məktəb Şagirdlərinin Tədqiqat Layihəsi”nin
təqdimat mərasimi keçirildi.
Arayış. İREX – Yeni Media Layihəsi çərçivəsində
Azərbaycanın 17 regionunda Məktəblilərin Tədqiqat Layihəsini
həyata keçirir. Layihənin keçirilməsində əsas məqsəd şagirdlərin
internetdən istifadə ilə bağlı axtarış qabiliyyətlərinin inkişafına
dəstək olmaq. Hər il layihə üzrə müxtılif mövzular işlənib
hazırlanır, təqdim olunur. Bu il qaydalara dəyişiklik edilmişdi.
Belə ki, builki tədqiqat işi ən böyük musiqi yarışması olan
Evroviziya ilə bağlı oldu. Məlumdur ki, bir neçə gündən sonra
Azərbaycanın paytaxtı Bakı bu möhtəşəm müsabiqəyə ev sahibliyi
edəcək. Elə bu səbəbdən də layihənin mövzusu məhz bu müsabiqə
ilə bağlıdır. Mövzu-“Evrovizion mənim üçün və ölkəm üçün nə vəd
edir?”. Məqsəd Azərbaycan turizmi mədəniyyəti, iqtisadiyyatı,
insan hüquqları, musiqi aləmi və digər sahələrə təsirinin şagirdlər
tərəfindən necə proqnozlaşdırılması idi.
Bu layihə üzrə cəmi üç yer müəyyən olunmuşdu.I, II, III yerlər.
Məktəbimiz hər il bu layihədə böyük həvəslə iştirak edir. Keçən
dərs ilində şagirdlərimiz sertifikata layiq görülmüşdülər. Bu il isə
ən yüksək yer tutaraq bir daha məktəbin adını yüksəklərə
qaldırdılar. Təqdimat mərasimini təşkilatın İsmayıllı Rayon İcma
Mərkəzinin Koordinatoru Firdövsi Cavadov açıq elan etdikdən
sonra Azərbaycan Yeni Media Layihəsi Monitorinq və
Qiymətləndirmə mütəxəsisi Fuad Salmanov müsabiqə, onun
keçirilmə qaydaları, işlərin yoxlanma mexanizmi, nəticələri barədə
danışdı.
Nəhayət, tədbirin ən həyəcanlı anı gəlib çatdı. Hami intizarla
qaliblərin kim olacağını gözləyirdi. Diplom və mükafatların
təqdimatında İsmayıllı Rayon Təhsil Şöbəsinin müdir müavini
Rahim Baxışov da iştirak edirdi.Rahim müəllim əvvəlcə layihənin
təhsilə verdiyi müsbət stimuldan danışdı. Daha sonra mükafatların
təqdimatı keçirildi.
II yerin qalibi
İsmayıllı Şəhər A. Aslanov adına 2 saylı tam orta
İsmayıllı Şəhər A. Aslanov adına 2 saylı tam orta
məktəbin X sinif şagirdi Ələkbərova Xəyalə Natiq qızı oldu. Qalib
flipkamera və sertifikatla mükafatlandırıldı.
I yerin qalibi
həmin məktəbin X sinif şagirdi Ağazadə Zaur Qalib oğlu oldu.
Müsabiqənin qalibi olan Zaur netbuk və sertifikatla
mükafarlandırıldı.
mükafarlandırıldı.
Hər iki –I və II yerin
qaliblərinin rəhbəri və qalib müəllim
həmin məktəbin Azərbaycan dili və Ədəbiyyat
müəllimi Orucova Eminə Ramiz qızı oldu. Müəllim də netbuk,
fleşkart və sertifikata layiq görüldü.
Təhsil bayramında
Məktəbin şagirdi Talıbzadə Sevincə ali məktəbə qəbul zamanı 600-yuxarı bal topladığına görəmükafat və Diplom təqdim olunur.
Məktəbin müəllimi Eminə Orucovanın çıxışı
Məktəbdə anım
İsazadə Sədaqət Milli Qəhrəmana həsr etdiyi şeiri söyləyir.
Səmədzadə Seymur Milli Qəhrəmanın ailəsinə yazdığı son məktubu oxuyur.
Tədbir "Azərbaycan Müəllimi" qəzetində işıqlandırıldı.
Xocalı 20 il
25 fevralda Xocalı faciəsinin 20 illiyinə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə həmmin hadisələri əks etdirən video görüntülər nümayiş olundu. Şagirdlərin dilindən o dəhşətli hadisə bir daha xatırlandı.
Tarix Diyarşünaslıq Müzeyində
Müzeylər günündə məktəbimizin bir neçə sinif şagirdləri müzeyə ekskursiya etdilər. Bundan əlavə 9-10-11 ci sinif şagirdləri bir gün tarix dərsini müzeydə keçirdi.
Yeni Tarix Diyarşünaslıq Muzeyində
Burdur şəhərində
9, 10, 11 may 2011-ci il tarixlərində Türkiyə Respublikasının Burdur şəhərində Mehmet Akif Ersoy Universiteti tərəfindən təşkil olunmuş Uluslararası Elmi layihələr üzrə “Bilim Şenliyi” keçirilmişdir.
Həmin layihələr üzrə qalib gəlmiş məktəbimizin bir qrup müəllim və şagirdi bu layihədə azərbaycandan olan nümayəndə heyəti ilə birlikdə uğurla iştirak edərək bu beynəlxalq tədbirdə ölkəmizi layiqincə təmsil etmişdi.
Layihədə Bolqarıstan, Hindistan, Şimali Kırpız, Macarıstan, Tacikistan, İran dövlətləri arasında Azərbaycanın bayrağı qaldırılmış, müəllim və şagirdlərimiz diplom və hədiyyələrlə təltif olunmuşlar.
Şagirdimiz Səmədzadə Seymur həmin layihədə fəal iştirakına görə "Təşəkkür Sertifikatı" ilə təltif olundu.
Kitab müzakirəsi
Mirzə İbrahimovun yubileyi ilə əlaqədar "Böyük Dayaq" əsərinin müzairəsi keçirildi. Dəyirmi masa arxasında keçirilən bu müzakirədən öncə şagirdlər ədibin həyat və yaradıcılığına nəzər saldı, onun sənətkarlığından danışdılar.
Ekoloji Layihə
İsmayıllı Rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərəzi ilə birlikdə "Yaşıl Azərbaycan Aylığı" Ümumrespublika Layihəsi çərçivəsində Ekobreyn Rinq keçirildi. Layihə 15 mart-15 aprel tarixlərini əhatə edirdi. Sonda komandalar arasında Torpaq komandası qalib gələrək diplomlarla mükafatlandırıldılar.
Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli 1414 № -li sərəncamı ilə təsdiq edilmiş “Xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının ( 2006-2010-cu illər)” icrası ilə əlaqədar Təsil Nazirliyi tərəfindən təsdiq edilmiş “ Kiçik Akademiya” haqqında əsasnaməyə uyğun olaraq İsmayıllı şəhər A.Aslanov adına şəhər 2 saylı orta məktəbində yaradılmışdır.
Natavan Qızlar Klubu
İnklüziv təhsilə doğru
(fərdi təhsil alan şagirdlərlə iş)
Xüsusi qayğıya ehtiyacı olan uşaqların hərtərəfli qayğı ilə əhatə olunması yaşadığımız cəmiyyətimizin üzərinə böyük məsuliyyət qoyur.Belə ki, sağlam olan uşaqlar cəmiyyətdə özünə daha tez yer tapır,uğur qazanır,qəbul olunur.Lakin müəyyən qüsuru olanların bu inkanları məhduddur.
Bayramlar ərəfəsində həmin şagirdlərin özlərinin də fəal iştirak etdikləri müxtəlif tədbirlər hazırlanır.Həmin şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilir.
Yeni il şənliyindən
Fərdi təhsil alan şagirdlər üçün Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Təhsil Şöbəsi və Qadın, Uşaq və Ailələrə Dəstək İctimai Birliyi ilə birlikdə bayram tədbiri keçirildi.
Tədbirdən əvvəl fərdi təhsil alan şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi keçirildi.
Novruv bayramındanBaşlarına gələn məzəli əhvalatları danışırlar.
Mahnı müsabiqəsində iştirak edirlər.
M.Ə.Sabir-150
Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi. Şagirdlər ədibin həyat və yaradıcılığını əks etdirən şeir parçaları söylədilər və səhnəciklər nümayiş etdirdilər. Əsasən satirik əsərlərindən ibarət səhnəciklərdə şairin yaradıcılığının tam əksi görünürdü.
Şəhidin büstü önündə
İsmayıllı Şəhər 2 saylı tam orta məktəb 2003-cü ildən Ağahüseyn Aslanovun adını daşıyır.A.Aslanov Qarabağ döyüşlərində həlak olan İsmayıllı şəhidlərindən biridir .16 mayda şəhidin büstü önündə anım mərasimi keçirildi.
Heydər Əliyev-89
Heydər Əliyevin anadan olmasının 89-cu il dönümü münasibətilə mətəbdə tədbir ibtidai sinif şagirdləri arasında bilik yarışi ilə yaddaqalan oldu.
Belə ki,komandalar Ulu Öndərlə bağlı biliklərinin mümayiş etdirdilər.Qalib gələn şagird və komandalar hədiyyə və diplomla mükafatlandırıldı.