Milli Qəhrəman Mübariz İbrahimovun
təhsil aldığı məktəbdə olduq və ailələsi ilə görüşdük.
Mübariz İbrahimovun təhsil aldığı məktəbdə görüş.
Mübariz İbrahimovun ailəsi ilə görüş
Məktəbin həyətində
Mübariz İbrahimov Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. Onun oxuduğu məktəblə, valideynləri ilə tanış olmaq üçün biz İsmayıllı şəhər Ağahüseyn Aslanov adına 2 saylı tam orta məktəbin müəllim və şagird kollektivi 2011- ci il aprel ayının 30-də Əliabad kəndinə getdik.M.İbrahimovun vaxtilə yaşadığı küçə
Məktəb direktorunun dediklərindən:
O, bir gün məktəbə təzə köynək geyinib gəlir. Həmin köynəyin qolunun üstündə hərbçiyə məxsus nişan şəkli olur. Müəlliməsi ona fikir verməyəndə küskün şəkildə “müəllim siz mənim köynəyimə nə üçün mübarək demədiniz” deyir. Müəllim ona diqqətlə baxır, heç bir yenilik hiss etmir. Lakin Mübariz ona köynəyindəki hərbçiyə aid nişanı göstərir və qürurla deyir: Müəllim axı mənim köynəyimdə hərbiçi nişanı var. Vəsilə müəllimə onun başını sığallayıb bu balaca uşağın Vətənə nə qədər məhəbbət hissi olduğunu bildirir.
Məktəbdə görüş zamanı məktəbin direktoru Ramil Dadaşov, Qarabağ Müharibəsi əlili Əlisahab Əzizov, şəhid atası Tofiq Hacıyev, ibtidai sinif müəllimi Sədaqət İsazadə, Məktəb Həmkar Komtəsinin sədri Sənubər Səmədova, İsmayıllı Şəhər Bələdiyyəsinin sədr müavini Fəqan Məmmədov, Şəhər Bələdiyyəsinin üzvü Rəna Dadaşova, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimayi Birliyi İsmayıllı Rayon Şöbəsinin sədr müavini İsa Musayev çıxış edərək Mübariz kimi qəhrəman yetişdirən məktəbin müəllimlərinə minnətdarlıqlarını bildirirlər. Sonra hər iki məktəbin xatirə kitablarına hər iki məktəbin müəllimləri Mübariz haqqında ürək sözlərini yazdılar. Məktəb şagirdlərinin hazırladıqları foto albom milli qəhrəmana həsr olunmuş xüsusi guşəyə verildi.
Məktəblə tanış olduqdan sonra Milli Qəhrəman Mübariz İbrahimovun valideynləri ilə görüşdük. Onların səmimi söhbətləri, övladları haqqında söylədikləri bizdə belə təəssürat yaratdı. Vətənə məhəbbət hisslərini Mübarizə elə valideynləri özləri bəxş ediblər. Atası Ağakərim kişinin söylədiklərini dinlədikcə bizdə Mübarizə daha çox məhəbbət hissi artırdı. O, söyləyirdi ki, mən övladlarımı yalandan uzaq olmağı, Vətənə məhəbbət, düşmənə nifrət ruhunda tərbiyə etmişəm. Biz Azərbaycan torpağının bütövlüyü, Vətənin, xalqın şərəfli, ləyaqəti uğrunda canını qurban verən insanların hər birini şəhid adlandırırıq. Şəhidlik Vətənpərvərliyin ən uca zirvəsidir.
Atanın bu xoş səmimiyyətli sözlərin dinlədikdən sonra Mübarizin anası da Mübariz haqqında xatirələrini danışdı. O, qeyd etdi ki, mən oğlumu adı kimi mübariz, vətənə ləyaqətli bir oğul kimi böyütmüşəm. Bir ana kimi bizim məktəbimizin qızlarına və oğlanlarına Mübariz kimi mübariz olmağı arzuladı.
Məktəblə tanış olduqdan sonra Milli Qəhrəman Mübariz İbrahimovun valideynləri ilə görüşdük. Onların səmimi söhbətləri, övladları haqqında söylədikləri bizdə belə təəssürat yaratdı. Vətənə məhəbbət hisslərini Mübarizə elə valideynləri özləri bəxş ediblər. Atası Ağakərim kişinin söylədiklərini dinlədikcə bizdə Mübarizə daha çox məhəbbət hissi artırdı. O, söyləyirdi ki, mən övladlarımı yalandan uzaq olmağı, Vətənə məhəbbət, düşmənə nifrət ruhunda tərbiyə etmişəm. Biz Azərbaycan torpağının bütövlüyü, Vətənin, xalqın şərəfli, ləyaqəti uğrunda canını qurban verən insanların hər birini şəhid adlandırırıq. Şəhidlik Vətənpərvərliyin ən uca zirvəsidir.
Atasi ilə söhbət
Şəhid ailəsini dinlədikdən sonra məktəbimizin müəllimi Sədaqət müəllim Milli Qəhrəmanımız haqqında şeiri Milli Qəhrəmanın ailəsinə təqdim etdi. Şagirdlər milli qəhrəmanla bağlı düşüncələrini söylədilər.
Ailəsində
Son nəfəsinədək ürəyində vətən sevgisi yaşayaraq hər zaman onun dilindən bu sözlər səslənirdi.”Təki Vətən sağ olsun”. Mübariz İbrahimovu qəhrəmanlığa sövq edən nə idi? Şan şöhrət qazanmaq arzusu, yoxsa Vətənə olan məhəbbət hissi? Mübariz İbrahimovun atasının dili ilə desək əlbəttə vətənə məhəbbət, düşmənə nifrət hissi, doğma torpağa sevgi idi. Onu canından keçməyə sövq edən. Bax budur əsil vətənpərvərlik. O, Vətən uğrunda canını qurban verməkdən çəkinmədi.
Mübariz İbrahimovun həyatı, cəsarəti, hünəri bizim şagirdlərimiz, gənclərimiz üçün örnəkdir, bir məktəbdir.
Səfərimizdən sonra görüşlə bağlı təəssüratlarımızı şagirdlərlə bölüşdük. Onlarda torpaqları azad etmək hisləri daha da alovlandı.