İsmayıllı Şəhər A. Aslanov adına 2 saylı tam orta mətəbi rayonun ilk ümumtəhsil məktəbidir. Məktəb 1914-ci ildə iməclik yolu ilə tikilib istifadəyə verilib. 1991-ci ildə bina yeni ünvanda tikilib, yeni dərs ilindən istifadəyə verilib.
Məktəb böyük ənənələri olan məktəblərdəndir.
Məktəbimiz İREX-in "Məktəb Şagirdlərinin Tədqiqat Layihəsi "nin qalibi oldu.
Orucova Eminə Ramiz qızı (müəllim ) layihənin qalib müəllimi , Ağazadə Zaur Qalib oğlu qalibi,Ələkbərova Xəyalə Natiq qızı II yerin qalibi oldular.
Heydər Əliyevin anadan olmasının 89-cu il dönümünə həsr olunmuş bilik yarışı keçirildi.
Məktəbimizdə hər il müxtəlif tədbir və layihələr həyata keçirilir.2010-2011-ci dərs ilində şagirdlərimiz buraxılış imtahanlarında uğurla iştirak edərək rayon məktəbləri arasında ən yüksək nəticə əldə ediblər.Ali məktəbə sənəd verən şagirdlərin 62 faizi ali məktəbə daxil olub.
Şagirdlərimizdən üçü ardıcıl olaraq bir neçə il “Gələcək Nəsillərlə Üz-Üzə”Ümumrespublika İnşa Müsabiqəsində yer tutub noutbuk və diplomlara layiq görülüb.
2011-ci ildə məktəbimizdən “Xəmsə“ intellektual yarışda iştirak edən komanda I yerə layiq görülüb.
Müstəqilliyin 21 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsində şagirdimiz Əsədova Bahar I yerə layiq görülərək diplom və hədiyyə ilə mükafatlandırılıb.
Müstəqilliyin 21 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsində şagirdimiz Əsədova Bahar I yerə layiq görülərək diplom və hədiyyə ilə mükafatlandırılıb.
Novruz Bayramı münasibətilə keçirilən "Səməni Tərtibatı" yarışında məktəbimiz I yer tutdu.
Dünya Azərbaycanlarının Həmrəylik Günü və Yeni il münasibətilə fərdi təhsil alan şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olundu .Daha sonra Təhsil Şöbəsi və Qadın ,Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birlikdə bayram tədbiri keçirildi.
Şagirdlərimiz 20 Yanvar Şəhidlərinin Xatirəsinə həsr olunmuş İdman Yarışında qızıl və gümüş medallara layiq görülüb.Məktəbdə Atıcılıq Üzrə qızlar və oğlanlar arasında məktəb birinciliyi keçirildi.
21 Fevralda Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana dilimizi sevək ,qoruyaq” mövzusunda “dəyirmi masa” keçirildi.
Mirzə İbrahimovun yubileyinə həsr olunmuş “ Böyük dayaq “əsərinin müzakirəsə keçirildi.Müzakirədə yuxarı sinif şagirdləri iştirak edirdi.
Xocalı Faciəsinin 20 illiyinə həsr olunmuş anım tədbirində həmin dövrü əks etdirən video görüntülər nümayiş olundu.
15 Apreldə İsmayıllı Rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə birlikdə “Təmiz Su Aylığı “və “Yaşıl Azərbaycan Aylığı” Ümumrespublika Layihəsinin yekunu kimi EkoBreyn Rinq intellektual oyunu keçirildi.Qalib komanda diplomla mükafatlandırıldı.
Hiç yorum yok:
Yorum Gönder